Tokio-2020-də kişilərin 73 kq çəki dərəcəsində mübarizə aparmalı olan cüdoçu Fethi Nurin qeyri-adi qərarı ilə diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, Fethi Olimpiadada iştirakdan imtina edib. 
 
Buna püşkatma nəticəsində onun İsrail idmançısı Tohar Butbulla eyni tərəfdə yer alması səbəb olub. Əlcəzairli cüdoçu Fələstin-İsrail münaqişəsindəki mövqeyini əsas gətirərək, israilli atletlərlə qarşılaşmaq niyyətində olmadığını və turnirdə iştirak etməyəcəyini bildirib: "Olimpiadaya vəsiqə qazanmaq üçün çox çalışmışdıq... Amma Fələstin məsələsi bütün bunlardan önəmlidi. Bu, yekun qərarımdı". 
 
Fethi Nurinin həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Əlcəzair Olimpiya Komitəsi tərəfindən cəzalandırılacağı gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest