Tokio-2020-də idman gimnastikası yarışlarına start verilib. Matc.az xəbər verir ki, Azərbaycanı təmsil edən İvan Tixonov mübarizəyə qoşulub. üçüncü yarımqrupda yer alan 25 yaşlı idmançımız xalçada sərbəst hərəkətlər (13.233), dəstəli at (13.366), halqalar (14.200), dayaqlı tullanma (13.600), paralel qollar (12.766) və turnikdə (13.133) yarışıb. Tixonov ümumilikdə 80.298 xal toplayaraq 45-ci olub və final etapına vəsiqə qazana bilməyərək mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest