Tokio-2020-də qadın futbolçuların mübarizəsində qrup mərhələsinin ikinci turunun görüşləri keçirilib. Matc.az xəbər verir ki, turun mərkəzi qarşılaşması F qrupunda Niderland və Braziliya milliləri arasında oynanılıb. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 3:3. Sözügedən komandalar 4 xalla qrupda ilk iki pilləni bölüşürlər.
 
İsveç Avstraliyanı 4:2 hesabı ilə məğlub edərək G qrupuna liderliyini möhkəmləndirib. ABŞ isə turnirdə ilk qələbəsini qazanıb. Amerikalılar Yeni Zelandiyanın qapısından 6 qol keçiriblər.
 
Tokio-2020
Futbol (qadınlar)
Qrup mərhələsi
İkinci tur
 
E qrupu

çili - Kanada - 1:2
Qollar: Aqaua, 57 – Beki, 39; 47.
 
Yaponiya - Böyük Britaniya - 0:1
Qol: Uayt, 74.
 
Turnir cədvəli: 1. Böyük Britaniya - 6 xal, 2. Kanada - 4, 3. Yaponiya - 1, 4. çili - 0.
 
F qrupu
 
çin - Zambiya - 4:4
Qollar: Van Şuan, 7; 22; 23; 83-pen. - Kundamanci, 15, Banda - 42; 46; 69.
 
Niderland - Braziliya - 3:3
Qollar: Midema, 3; 59. Yanssen, 79 – Debinya, 17. Marta, 64. Ludmila, 68.
 
Turnir cədvəli: 1. Niderland - 4, 2. Braziliya - 4, 3. çin - 1, 4. Zambiya - 1.
 
G qrupu
 
İsveç - Avstraliya - 4:2
Qollar: Rolfo, 20; 63. Hurtiq, 52. Blakstenius, 82 – Kerr, 36; 48.
 
Yeni Zelandiya - ABŞ - 1:6
Qollar: Hassett, 72 – Lavel, 9, Horan, 45. Erçeq, 63-avtoqol. Press, 80. Morqan, 87. Bott, 90+3-avtoqol.
 
Turnir cədvəli: 1. İsveç - 6, 2. ABŞ - 3, 3. Avstraliya - 3, 4. Yeni Zelandiya - 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest