24 İyul 2021, 18:08
DİGƏR
Tokio-2020-də kişi həndbolçuların mübarizəsi də start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə bütövlükdə 6 görüş keçirilib.
A qrupunda favoritlərin hamısı qələbəyə seviniblər. Norveç Braziliyanı, Fransa Argentinanı, İspaniya isə Almaniyanı üstələyib.
B qrupunda gözlənilmədən Bəhreyn millisi İsveçə müqavimət göstərib. Bununla belə, skandinavlar çətinliklə olsa da, 32:31 hesabı ilə qələbə qazana biliblər. Misir Portuqaliyadan, son dünya və olimpiya çempionu Danimarka isə Yaponiyadan güclü olub.
Tokio-2020
Həndbol (kişilər)
Qrup mərhələsi
1-ci tur
A qrupu
Norveç - Braziliya - 27:24
Fransa - Argentina - 33:27
Almaniya - İspaniya - 27:28
B qrupu
İsveç - Bəhreyn - 32:31
Portuqaliya - Misir - 31:37
Danimarka - Yaponiya – 47:30