Tokio Yay Olimpiya Oyunlarının ikinci günündə - 25 iyulda daha dörd idmançımızın Olimpiada macərası başlayacaq. Matc.az xəbər verir ki, stend atıcılığında Emin Cəfərov mübarizəyə qoşulacaq. 
 
Atıcılıqda təsnifat mərhələsinin startı Bakı vaxtı ilə saat 05:00-ə təsadüf edəcək. Məhz eyni saatda daha bir idmançımızı izləmək imkanımız olacaq. İdman gimnastikasında təsnifatın birinci yarımqrupunda yer alan Marina Nekrasova final etapına yüksəlməyə çalışacaq. 
 
Kişi cüdoçuların 66 kq çəki dərəcəsində Orxan Səfərov medal qazanmağa çalışacaq. 29 yaşlı idmançımızın 1/16 finaldakı rəqibi Qazaxıstan təmsilçisi Yerlan Serikjanov olacaq. "Nippon Budokan" arenasının ev sahibliyi edəcəyi qarşılaşmanın startı Bakı vaxtı ilə saat 06:00-a planlaşdırılıb. 
 
Boksda isə Cavid Çələbiyev mübarizəyə qoşulacaq. Yüngül çəkidə (57-63 kq) yarışacaq idmançımızın 1/16 finaldakı rəqibi Yaroslav Xartsız (Ukrayna) olacaq. Döyüş saat 08:24-ə təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest