Finalçılar arasında təsnifat nəticəsinə görə hamıdan geri qalan və heç kimin şans vermədiyi Tunis idmançısı - 18 yaşlı Ahmed Hafnaui qızıl medal qazanıb.
Tokio-2020-də sərbəst üsulla 4x100 m qadınlar komanda yarışı ilə yanaşı, daha üç medal dəsti sahibini tapıb. Matc.az xəbər verir ki, günün sürprizi kişilərin sərbəst üsulla 400 m məsafəyə üzmə yarışında qeydə alınıb. Finalçılar arasında təsnifat nəticəsinə görə hamıdan geri qalan və heç kimin şans vermədiyi Tunis idmançısı - 18 yaşlı Ahmed Hafnaui qızıl medal qazanıb.
Kişilərin qarışıq üsulla 400 m məsafəyə üzmə yarışında ABŞ təmsilçisi çeys Keliş çempion olub. Eyni növdə qadınların mübarizəsində isə Yui Ohaşi (Yaponiya) hamını qabaqlayıb. 400 m qarışıq növdə 2012-ci ildən bəri böyük yarış uduzmayan Katinka Hossu bu səfər beşinciliklə kifayətlənməli olub.
Kişilər 400 m qarışıq
1. çeys Keliş (ABŞ) - 4:09.42
2. Cey Literlend (ABŞ) - 4:10.28
3. Brendon Smit (Avstraliya) - 4:10.38
Kişilər 400 m sərbəst
1. Ahmed Hafnaui (Tunis) - 3:43.36
2. Cek Maklaflin (Avstraliya) - 3:43.52
3. Kiran Smit (ABŞ) - 3:43.94
Qadınlar 400 m qarışıq
1.Yui Ohaşi (Yaponiya) - 4:32.08
2. Emma Veyant (ABŞ) - 4:32.76
3. Heli Flikinqer (ABŞ) - 4:34.90