Qadın tennisinin digər önəmli siması, Tokio-2020-nin məşəlini yandıran Naomi Osaka isə Olimpiadaya uğurlu start verib. Yapon tennisçi Çjen Sansaya (Çin) şans verməyib - 2:0 (6:1, 6:4).

Tokio-2020-də qadın tennisçilərin mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün ilk mərhələ çərçivəsində sürpriz qeydə alınıb. Dünya bir nömrəsi, "Uimbldon"un son qalibi Eşli Barti mübarizəni dayandırıb.

Avstraliyalı tennisçi Sara Sorribes-Tormo ilə bacarmayıb. 95 dəqiqə davam edən qarşılaşma ispan raketka ustasının 2:0 (6:4, 6:3) hesablı qələbəsi ilə yekunlaşıb.

Qadın tennisinin digər önəmli siması, Tokio-2020-nin məşəlini yandıran Naomi Osaka isə Olimpiadaya uğurlu start verib. Yapon tennisçi çjen Sansaya (çin) şans verməyib - 2:0 (6:1, 6:4).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest