"Dalğa Arena"nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli "Gənc futbolçu olaraq  danışılmış oyun haqqında nələri bilməliyik" və "Bizim hədəfimiz sizi qorumaqdı" mövzularında mühazirə oxuyub, futbolçuların suallarını cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest