Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən "Səbail" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli "Şevardeni" ilə qarşılaşıb.
 
Gürcüstan təmsilçisi fasiləyə 1:0 hesabıyla üstün yollanıb. Qarşılaşmanın sonlarında "dənizçilər" məğlubiyyətdən qaça biliblər. 78-ci dəqiqədə Rauf Əliyev fərqlənib. Beləcə, "Səbail" ilk sınaq matçından heç-heçə ilə ayrılıb – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest