İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı qapıçı Marko Silvestrini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
 
Marko Silvestri 2017-ci ildən "Verona"nın formasını geyinirdi. 30 yaşlı qolkiper geridə qalan illərdə bu komandanın heyətində 115 rəsmi matça çıxıb. İtaliyalı qapıçı əvvəllər "Lids", "Kalyari", "Padova" və "Recana" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest