Futbol üzrə Rusiya çempionatında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda səfərdə Moskva çSKA-sı ilə qarşılaşıb. "Ufa" bu oyundan minimal hesabla məğlub ayrılıb – 0:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest