Tokio-2020-də üzgüçülükdə mübarizə davam edir. Matc.az xəbər verir ki, bu gün üzgüçülükdə daha 4 dəst medal öz sahiblərini tapıb. Əvvəlcə qadınların batterflay üsulla 100 m məsafəyə üzmə yarışlarında medalçılar müəyyənləşib. Kanada idmançısı Marqaret Maknil qızıl medalın sahibi olub. çjan Yufey (çin) gümüş, Emma Makkeon (Avstraliya) isə bürünc medal qazanıb.
 
Qadınların 400 m məsafəyə sərbəst üsulla üzmə yarışında Ariarne Titmusun (Avstraliya) qələbəsi qeydə alınıb. Rio-2016-nın qalibi Keyti Ledeki (ABŞ) bu səfər ikinciliklə kifayətlənməli olub. Li Bintsze (çin) isə bürünc medala sahib çıxıb.
 
Kişilərin qurbağa üsulu ilə 100 m məsafə yarışında sürpriz qeydə alınmayıb. Gözlənildiyi kimi, Böyük Britaniya təmsilçisi Adam Piti çempionluğu bayram edib. Niderlanddan Arno Kamminqa ikinci, Nikolo Martinenqi (İtaliya) isə üçüncü olub.
 
Kişilərin sərbəst üsulla 4x100 m komanda yarışında zəfər ABŞ komandasının olub. İtaliya gümüş, Avstraliya isə bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest