Tokio-2020-də tennis yarışları davam edir. Matc.az xəbər verir ki, qadın tennisçilərin mübarizəsində ikinci mərhələdə Paula Badosa dünyanın 8 nömrəsi, 2020-ci ildə "Rolan Qarros"un qalibi olmuş İqa Şvönteki mübarizədən kənarlaşdırıb. Qarşılaşdırma ispan tennisçinin 2:0 (6:3, 7:6) qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra Şvöntek göz yaşlarını saxlaya bilməyib. Polşalı tennisçini sakitləşdirməyə çalışan Badosa onu qucaqlayıb. Lakin Şvöntek sakitləşməyib. Daha sonra o, skamyasında oturaraq təxminən 5 dəqiqə ağlayıb.

Şvöntek matçın bitməsindən 7 dəqiqə sonra kortu tərk edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest