Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" – "çukariçki" qarşılaşmasından öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Matc.az xəbər verir ki, tədbir iyulun 28-də, "Kapital Bank Arena"da baş tutacaq. Abbasov saat 18:10-dan etibarən media mənsublarının suallarını cavablandıracaq. Saat 18:30-da isə komandanın açıq məşqi (15 dəqiqə) keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest