Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv "Telavi" komandası ilə qarşılaşıb.

Gürcüstan təmsilçisi ilə görüş "Sabah"ın məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu Abdulla Xaybulayev vurub.

"Sabah" bundan əvvəl Gürcüstan toplanışında "Şukura"nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda "Samqurali"yə eyni hesabla uduzub.

Yoxlama oyunu
26 iyul

Sabah – Telavi 1:3

Rüstəm Samiqullin, İdris İnqilablı, Amin Seydiyev, Arsen Ağcabəyov, Abdulla Rzayev, Şakir Seyidov, Veysəl Rzayev, Camal Cəfərov, Abdulla Xaybulayev, Samir Məhərrəmli, Mixeil Erqemlidze.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest