"Qəbələ"nin albaniyalı yarımmüdafiəçisi Sabien Lilay ölkəsində newsport.al saytına müsahibə verib. Matç.az saytı xəbər verir ki, 29 yaşlı orta sahə oyunçusu komandasının ilk dövrədəki çıxışını dəyərləndirib.

- 6 aydı "Qəbələ"də oynasanız da, qol hesabını aça bilməmisiniz. Bu durumu necə izah edə bilərsiniz?

- Düzdü, yarım mövsümdü "Qəbələ"dəyəm və hələ də qol vurmamışam. Ola bilsin ki, bu, mövqeyimlə əlaqədardı. Bəxt də məndən üz döndərib. çünki iki dəfə zərbəm dirəkdən dönüb. ümid edirəm ki, ikinci yarıda qol hesabımı açaram.

- çempionatda o qədər də yaxşı çıxış etmədiniz və 14 oyunda 17 xal topladınız. Bunu gözləyirdinizmi?

- Açığı, gözləmirdim, amma komandada çox dəyişiklik oldu. Baş məşqçi getdi, yerinə yeni çalışdırıcı gəldi. İlk mərhələdə müəyyən çətinliklərimiz oldu. Ancaq getdikcə komandanın oyunu müsbətə doğru dəyişdi, futbolçular bir-birilərini daha yaxşı başa düşdülər. ümid edirəm ki, növbəti iki dövrəni uğurlu keçirərik.

- "Qarabağ"ın formasını geyinən Ansi Aqolli ilə eyni çempionatda mübarizə aparırsınız. Onlar sizi ilk dövrədə 4:1 hesabı ilə məğlub etmişdilər. Başqa bir alban qarşısında bu məğlubiyyəti necə qarşıladınız?

- "Qarabağ" çempionatın ən güclü komandasıdı. Onlar ardıcıl neçə ildi çempion olurlar. Daim oynamağa hazır 30 futbolçuları var. Bu üzdən digər komandalarla aralarında böyük fərq var. Gələn dəfə Aqolli ilə üz-üzə gələndə ümid edirəm ki, revanşı alaram.

- Karyeranızın böyük hissəsini Albaniya çempionatında keçirmisiniz. İndi isə kənardasınız. Superliqanı izləyirsinizmi?

- Düzünü deyim, oyunları izləməyə imkanım olmur. Yalnız istirahət üçün ölkəyə gəldiyim zaman "Kamza" ilə "Skenderbeu" arasındakı qarşılaşmanın bir hissəsinə baxdım. "Skenderbeu" 0:1 hesabı ilə məğlub oldu. Açığı, heç də yaxşı oyun deyildi. Mümkün olduğu qədər Albaniya çempionatı barədə məlumat toplamağa çalışıram.

- Bir gün "Skenderbeu"dan dəvət alsanız, cavabınız nə olar?

- Əlbəttə ki, cavabım müsbət olar. "Skenderbeu" mənim ailmədi, evimdi. Böyük məmnuniyyətlə yenidən ora qayıdacam. Bunu çox istəyirəm.

- "Skenderbeu"nu ödənişləri etmədikləri üçün tərk etdiniz?

- Biz bununla bağlı ikitərəfli anlaşmışma əldə etdik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest