Tokio-2020-də üçüncü gün geridə qalmaq üzrədi. Matc.az xəbər verir ki, Olimpiadanın üçüncü günündə medal sıralamasının lideri dəyişib. çin ilk pilləni Yaponiyaya təhvil edib. Hazırda aktivində 8 qızıl, 2 gümüş və 3 bürünc medal olan ev sahibləri sıralamaya başçılıq edir. ABŞ (7 qızıl, 3 gümüş, 4 bürünc) ikincidi. çin (6 qızıl, 5 gümüş, 7 bürünc) isə üçüncü sırada qərarlaşıb.
Azərbaycan hələlik medal qazanmayıb.
Medal sıralamasında ilk "onluq" belədir:
1. Yaponiya - 8 qızıl, 2 gümüş, 3 bürünc (13)
2. ABŞ - 7 qızıl, 3 gümüş, 4 bürünc (14)
3. çin - 6 qızıl, 5 gümüş, 7 bürünc (18)
4. ROK (Rusiya Olimpiya Komitəsi) - 4 qızıl, 5 gümüş, 3 bürünc (12)
5. Böyük Britaniya - 3 qızıl, 3 gümüş, 1 bürünc (7)
6. Cənubi Koreya - 3 qızıl, 4 bürünc (7)
7. Avstraliya - 2 qızıl, 1 gümüş, 3 bürünc (6)
8. Kosovo - 2 qızıl (2)
9. İtaliya - 1 qızıl, 4 gümüş, 4 bürünc (9)
10. Fransa - 1 qızıl, 2 gümüş, 2 bürünc (5)