Tokio Yay Olimpiya Oyunlarının dördüncü günündə - 27 iyulda iki idmançımız mübarizəyə qoşulacaq. Matc.az xəbər verir ki, kişi cüdoçuların 81 kq çəki dərəcəsində Murad Fətiyev 1/16 finalda Frederik Herrislə (Syerra Leone) qarşılaşacaq. Döyüşün startı Bakı vaxtı ilə saat 07:57-ə planlaşdırılıb. 
 
Bu gün Tokio-2020-də debüt edəcək ikinci idmançımız isə Edi Reski Dviçayodu. 23 yaşlı badmintonçu L qrupunda Nquen Tyen Minlə (Vyetnam) qarşılaşacaq. Oyunun startı Bakı vaxtı ilə saat 15:00-a təyin olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest