Niderlandın "Feyenoord" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Erediviziya təmsilçisi Avstriyanın LASK klubundan Gernot Trauneri transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Trauner Avstriya milli komandası ilə 5 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest