Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Ronaldo Mendesi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Ronaldo Mendes son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl" klubunda çıxış edib. O, 2016-cı ildən bu klubun uğurları üçün çalışırdı. Futbolçu əvvəllər "Santos", "Korintians" kimi klubların da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest