"Bavariya"nın yarımmüdafiəçisi Korentin Tolissoda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
 
İstirahətdə olan fransız futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də 26 yaşlı yarımmüdafiəçi karantinə alınıb.
 
Fransa yığmasının üzvü 2017-ci ildən "Bavariya"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest