İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Parma"nın müdafiəçisi Cüzeppe Petsellanı heyətinə qatıb.
 
Bu barədə "Atalanta"nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Petsella 2019-cu ilin avqustundan "Parma"da çıxış edirdi. İtaliyanın gənclərdən ibarət yığmasında da oynamış futbolçu, əvvəllər "Palermo", "Udineze" və "Cenoa"nın da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest