Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olub. Matc.az xəbər verir ki,  90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İslam Bozbayevlə (Qazaxıstan) üz-üzə gəlib.
 
Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələn Mehdiyev 1/8 finala yüksəlib. O, bu mərhələdə  rusiyalı Mixail İqolnikovla qarşılaşıb və  vazari xalı ilə uduzan Mehdiyev olimpiada ilə vidalaşıb.
 
Qeyd edək ki, Azərbaycan Tokio-2020-yə 9 cüdoçu ilə yollanıb. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest