"Neftçi"nin çempionlar Liqasının 2-ci mərhələsindəki rəqibi "Olimpiakos"un futbolçusu Yassin Merya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Matc.az xəbər verir ki, 28 müdafiəçi "Əl-Əyn" klubuna keçib. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tunisli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
"Sabah"dan ayrılıb "Əl-Əyn" klubuna keçmək istəyən Bəhlul Mustafazadənin transferinin baş tutmadığını xəbər vermişdik. Ərəblər son anda Azərbaycan millisinin müdafiəçisi ilə rəsmi müqavilə imzalamaqdan imtina ediblər. "Sabah" klubu "Əl-Əyn"ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. "Ə-Əyn"ə keçidi alınmayan Bəhlul isə artıq azad agent statusundadır.
 
"Neftçi" bu gün çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunu çərçivəsində "Olimpiakos"u qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. "Neftçi" ilk matçda rəqibinə 0:1 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest