Tokio-2020-də futbol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün kişi futbolçuların mübarizəsinə yekun vurulub. A qrupunda Yaponiya Fransanı 4:0 hesabı ilə darmadağın edib. Meksika isə qrupun autsayderi CAR-ın qapısından üç cavabsız qol keçirib. Qrupu ilk iki sırada tamamlayan Yaponiya və Meksika mərhələ adlayıblar.

B qrupunda Rumıniya - Yeni Zelandiya matçında qapılara qol vurulmayıb. Cənubi Koreya isə Hondurasın qapısına 6 dəfə yol tapıb. Lider Cənubi Koreya və ikinci Yeni Zelandiya 1/4 finala yüksəliblər.

C qrupunda Misir Avstraliyaya qalib gəlib - 2:0. İspaniya - Argentina görüşündə isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqləniblər. İspaniya lider, Misir isə qrup ikincisi kimi mərhələ adlayıb.

D qrupunda Braziliya Səudiyyə Ərəbistanını 3:1 hesabı ilə məğlub edib. Almaniya - Kot-d'İvuar görüşü bərabərliklə yekunlaşıb - 1:1. Nəticədə Braziliya və Kot-d'İvuar adlarını "son səkkizliy"ə yazdırıblar, Almaniya isə qrupda qalıb.

A qrupu

Fransa - Yaponiya - 0:4

Qollar: Kubo (27), Sakai (34), Miyösi (70), Mazda (90+1)

Qırmızı vərəqə: Kolo-Muani (74)

CAR - Meksika - 0:3

Qollar: Veqa (18), Romo (45), Martin (60)

Qırmızı vərəqələr: Malepe (58) - Rodriqes (66)

Turnir cədvəli: 1. Yaponiya (9), 2. Meksika (6), 3. Fransa (3), 4. CAR (0).

B qrupu

Rumıniya - Yeni Zelandiya - 0:0

Cənubi Koreya - Honduras - 6:0

Qollar: Hvan Ui-Jo (12-penalti; 45+5, 52-penalti), Von Du çje (19-penalti), Kim Jin-Ya (64), Li Kanq-İn (82)

Turnir cədvəli: 1. Cənubi Koreya (6), 2. Yeni Zelandiya (4), 3. Rumıniya (4), 4. Honduras (3).

C qrupu

Avstraliya - Misir - 0:2

Qollar: Rayan (44), Həmdi (85)

İspaniya - Argentina - 1:1

Qollar: Merino (66) - Belmonte (87)

Turnir cədvəli: 1. İspaniya (5), 2. Misir (4), 3. Argentina (4), 4. Avstraliya (3).

D qrupu

Almaniya - Kot-d'İvuar - 1:1

Qollar: Löven (73) - Henriks (67-öz qapısına)

Səudiyyə Ərəbistanı - Braziliya - 1:3

Qollar: Əl-Amri (27) - Kunya (14), Rişarlison (76; 90+3)

Turnir cədvəli: 1. Braziliya (7), 2. Kot-d'İvuar (5), 3. Almaniya (4), 4. Səudiyyə Ərəbistanı (0).

 

1/4 final cütləri:

Yaponiya - Yeni Zelandiya

İspaniya - Kot-d'İvuar

Cənubi Koreya - Meksika

Braziliya - Misir


Sözügedən mərhələyə 31 iyulda start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest