Serbiyanın "çukariçki" komandasının hücumçusu Corce Yovanoviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bunları söyləyib:
 
"İlk görüşdə rəqib futbolçular topu bizə buraxdı və şüurlu şəkildə müdafiə olundular. Beləliklə, istədikləri nəticəni əldə etdilər. Həmin oyunu analiz etmişik. Bir daha gördük ki, çox sayda qal imkanımız olub. 3-4 qol vura bilərdik. Rəqibin heç-heçəyə görə çox sevindiyini də gördük. "Sumqayıt"ın ilk oyundakından fərqli çıxış edəcəyinə inanmıram. Görüş ərzində konsentrasiyanı qorumalıyıq. Qol vurmaq üçün şanslarımızın olacağına əminəm. Sumqayıtdakı qarşılaşma tamamilə fərqli olacaq. Hər şeyi düzəltmək öz əlimizdədir. öz oyunumuzu göstərəcəyik. Rəqib uzun müddətdir ki, həmin meydanda oynayır. Buna görə onlar üçün daha asandır. Azarkeşlər də onlara dəstək verəcək. Matçın əhəmiyyəti çox böyükdür. Əlbəttə, biz təslim olmayacağıq".
 
Qeyd edək ki, iyulun 29-da Sumqayıtda keçiriləcək cavab matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest