"Neftçi" UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Olimpiakos"una qarşı cavab oyununda itki ilə üzləşib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi ömər Buludov ilk yarıda sıradan çıxıb. 23 yaşlı müdafiəçi bu səbəbdən matçın 30-cu dəqiqəsində meydanı tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib.
 
Qeyd edək ki, ilk oyunda 0:1 hesabıyla uduzmuş "Neftçi" cavab matçında da eyni hesabla uduzur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest