"Qəbələ" 2021/22 mövsümü üçün hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" məşqlərini Bakıda gerçəkləşdirir.
 
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda paytaxtdakı hazırlıq prosesində daha bir yoxlama oyunu keçirəcək. "Qəbələ" "Zirə" ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 30-da baş tutacaq. "Dalğa Arena"da keçiriləcək matça saat 18:30-da start veriləcək.
 
Xatırladaq ki, "qırmızı-qaralar" bunadək Bakı toplanışında "Zirə" ilə daha bir yoxlama oyunu keçirib və 0:3 hesabıyla uduzub. Əyalət təmsilçisi "Səbail"lə oyunda da 3:2 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest