"Bu isə o deməkdi ki, Kobaxidze "Qarabağ"la hər iki qarşılaşmanı buraxacaq"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Vorskla" ciddi itki ilə üzləşib. Matç.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Aleksandr Kobaxidze sıradan çıxıb.

"Zarya" ilə qarşılaşmada çiynindən xəsarət alan gürcüstanlı oyunçunun müayinəsinin nəticəsi Almaniyaya göndərilib. Ordakı həkimlər isə oyunçunun əməliyyata ehtiyac duyduğu qənaətinə gəliblər. Kobaxidze əməliyyat olunmasa, 1 aydan sonra kollektivə qoşula bilər. Lakin belədə zədənin yenilənməsi ehtimalı yüksəkdi. Əməliyyat olunacağı təqdirdə isə çox güman ki, ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, Kobaxidze "Qarabağ"la hər iki qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, "Qarabağ"la "Vorskla" arasında ilk oyun oktyabrın 25-də Bakıda, ikinci görüş isə noyabrın 9-da Poltavada keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest