"Bəzi oyunçularımız daha az təcrübəyə malikdirlər. Ancaq yaxşı oynadılar. Bu, onlar üçün də yaxşı təcrübə oldu. Artıq 3 ildir komanda ilə birgəyik. Bunun müsbət nəticələrini görməkdəyik"

"Bu gün hər kəs əlindən gələni etdi". Matc.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Pedro Martins çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirilən oyun barədə danışarkən deyib.

Yunanıstan çempionu öz meydanında olduğu kimi, Bakıda da 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb. Oyunsonrası mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Ciddi itkilərə baxmayaraq, qələbə qazandınız. Bunun qarşısını almaq üçün hansı addımlar atdınız?

- Bəzi oyunçularımız daha az təcrübəyə malikdirlər. Ancaq yaxşı oynadılar. Bu, onlar üçün də yaxşı təcrübə oldu. Artıq 3 ildir komanda ilə birgəyik. Bunun müsbət nəticələrini görməkdəyik. Burada da öz bildiyimizi edib, lazım olan nəticəni əldə etdik.

- Komandanız üçün hazırlıq dövrü keçir? Bu oyunlardan hansı nəticələri çıxarıb, mövsümə hazırlaşırsınız?

- çox təcrübəli komandaya qarşı oynadıq. "Neftçi"nin yaxşı futbolçuları və baş məşqçisi var. Bu, hazırlığımız üçün əla imkan oldu. çətinliklərimiz var idi. Rəsmi olaraq 2 oyunçu az gəlmişik. Buna baxmayaraq, bacardığımızı göstərdik, öz oyunumuzu keçirdik.

- "Neftçi" sizi nə ilə təəccübləndirdi və rəqibin heyətində hansı oyunçuları fərqləndirə bilərsiniz?

- "Neftçi" çox keyfiyyətli komandadır. üst səviyyəyə malik kollektivdir. İlk növbədə kapitanları Emin Mahmudovu qeyd edə bilərəm. Həmçinin Yusuf Laval da hücumda bizə çətin anlar yaşatdı. "Neftçi" hər iki görüşdə bizə kifayət qədər çətinliklər yaşatdı. Bununla keyfiyyətli komanda olduğunu göstərdi. Harramiz və Mamadu Kane də yaxşı oyunçulardır. Onların da gücü, bacarığı bizə bəllidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest