Tokio-2020-də tennis yarışları davam edir.
 
Matc.az xəbər verir ki, qadınların mübarizəsində finalçılar müəyyənləşib. Belinda Bençiç (İsveçrə) Qazaxıstan təmsilçisi Yelena Rıbakina ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi üçüncü setdə müəyyənləşib. Belinda Bençiç qələbə qazanaraq həlledici görüşə vəsiqə qazanıb. Günün ikinci oyunda isə çex Marketa Vondrouşova ukraynalı rəqibi Elina Svitolinaya cəmi 4 qeym verərək finala yüksəlib.
 
Belinda Bençiç (İsveçrə) - Yelena Rıbakina (Qazaxıstan) - 2:1 (7:6, 4:6, 6:3)
 
Marketa Vondrouşova (çexiya) - Elina Svitolina (Ukrayna) - 2:0 (6:3, 6:1)
 
Bençiç - Vondrouşova finalı iyulun 31-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest