Tokio-2020-də iştirak edəcək yüngül atletika üzrə Avstraliya komandası tam heyətlə karantinə alınıb. Matc.az xəbər verir ki, 63 idmançı Olimpiya kəndindəki otaqlarında təcrid olunublar. Buna səbəb komandanın üzvü Körtis Marşallın koronavirus nəticəsi müsbət çıxan amerikalı atlet Sem Kendrikslə əlaqədə olmasıdı.
 
Marşall artıq COVID-19 testi verib. Testin nəticəsi mənfi olarsa belə, o, bir müddət təcrid olunmuş vəziyyətdə qalacaq. Belə olan halda, komandanın digər üzvləri yarışa biləcəklər.
 
Qeyd edək ki, Olimpiadanın yüngül atletika yarışlarına 30 iyulda start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest