Tokio Yay Olimpiya Oyunlarında kişi basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün C qrupunda ikinci tura start verilib.
 
Günün ilk matçında Sloveniya Yaponiya ilə qarşılaşıb. Qarşılaşmada sürpriz qeydə alınmayıb. Gözlənildiyi kimi, Sloveniya çətinlik çəkmədən növbəti qələbəsini qazanıb. Luka Donçiç (25 xal) və Zoran Draqiç (24 xal) qalibiyyətdə önəmli rol oynayıblar. Yaponiyanın heyətində Rui Hatimura 34 xalla oyunun ən məhsuldar basketbolçusu olub.
 
Günün ikinci matçında İspaniya və Argentina milliləri qarşılaşıb. Görüş "matadorlar"ın qələbəsi ilə yekunlaşıb. Riki Rubio 26 xalla ispanların ən məhsuldar oyunçusu olub. Argentinanın heyətində Nikolas Laprovittolanın 27 xalı qalibiyyət üçün yetərli olmayıb. İki turdan sonra Sloveniya və İspaniya ilk iki pilləni bölüşürlər.
 
C qrupu
 
Sloveniya - Yaponiya - 116:81
 
İspaniya - Argentina - 81:71
 
Turnir cədvəli: 1. Sloveniya (2-0 / 4 xal), 2. İspaniya (2-0 / 4), 3. Argentina (0-2 / 2), 4. Yaponiya (0-2 / 2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest