"İlk matçda "Sumqayıt" müdafiəyə çəkilmişdi. Ən azı bir qol vura bilsəydik, cavab görüşü daha asan olardı. Bu matçda da qol vursaq, rəqib açıq oyun oynamağa məcbur olacaq"

Serbiyanın "çukariçki" komandasının futbolçusu Milan Saviç Konfrans Liqasının 2-ci mərhələsində "Sumqayıt"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, Saviç, qələbə qazanmaq istədiklərini deyib:
 
"İlk oyunda çoxlu şanslarımız oldu, ancaq dəyərləndirə bilmədik. "Sumqayıt"a qarşı 16 künc zərbəsi yerinə yetirdik. ümid edirəm ki, cavab matçında da yaxşı nəticə qazanarıq. Daha irəli getmək istəyirik.
 
Səfərdə oynayacağımızı bilirik. ümid edirəm ki, Azərbaycanda da daha yaxşı komanda olduğumuzu sübut edəcəyik.
 
İlk matçda "Sumqayıt" müdafiəyə çəkilmişdi. Ən azı bir qol vura bilsəydik, cavab görüşü daha asan olardı. Bu matçda da qol vursaq, rəqib açıq oyun oynamağa məcbur olacaq.
 
"Sumqayıt" azarkeşlərinə qələbə həddiyə etmək niyyətindədir. Matç üçün ayrılmış bütün biletlərin satıldığından xəbərdarıq. Biz növbəti mərhələyə adlamaq istəyirik. ümid edirəm ki, Azərbaycanda heç bir problem olmayacaq".
 
Bu gün keçiriləcək "Sumqayıt" – "çukariçki" matçı saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest