Tokio-2020-də tennis yarışları davam edir. Matc.az xəbər verir ki, kişi tennisçilərin mübarizəsində 1/4 final mərhələsinə start verilib. Dünya bir nömrəsi, "Böyük dəbilqə" turnirlərinin 20 qat qalibi Novak Cokoviç Key Nişikori ilə qarşılaşıb. Oyun serb tennisçinin üstünlüyü şəraitində keçib. Yapon rəqibinə cəmi iki qeym verən (6:2, 6:0) Cokoviç 70 dəqiqə ərzində mərhələ adlayıb.
 
Dünya iki nömrəsi Daniil Medvedev mübarizəni dayandırıb. Rus tennisçi Pablo Karrenyo-Bustaya uduzub. Bununla belə, yarımfinalda ROK (Rusiya Olimpiya Komitəsi) təmsilçisi olacaq. Karen Xaçanov üç set sonunda Uqo Umberi məğlub edib.
 
Tennis
 
Kişilər, 1/4 final
 
Karen Xaçanov (ROK) - Uqo Umber (Fransa) - 2:1 (7:6, 4:6, 6:3)
 
Pablo Karrenyo-Busta (İspaniya) - Daniil Medvedev (ROK) - 2:0 (6:2, 7:6)
 
Novak Cokoviç (Serbiya) - Key Nişikori (Yaponiya) - 2:0 (6:2, 6:0)
 
Yarımfinalda Xaçanov Karrenyo-Busta ilə qarşılaşacaq. Cokoviçin rəqibi isə bir azdan başlayacaq Aleksandr Zverev (Almaniya) - Jeremi Şardi (Fransa) görüşünün qalibi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest