"Səbail"lə yollarını ayıran Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək. Matc.az xəbər verir ki, qvatemalalı qapıçı "Ham-Kam" klubuna keçməyə yaxındır.
 
Bu barədə Norveç mətbuatı məlumat yayıb. Hagen yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yola düşüb.
 
"Ham-Kam" Norveçin 1-ci divizionunda çıxış edir.
 
24 yaşlı futbolçu 2020/21 mövsümündə "Səbail"də forma geyinib. O, "dənizçilər"lə 27 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest