Tokio-2020-də qadınların stend atıcılığında medalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, Slovakiya təmsilçisi Zuzana Ştefeçekova 43 dəfə hədəfi dəqiq vuraraq yeni olimpiya rekordu ilə  qızıl medal qazanıb. ABŞ idmançısı Keyl Brauninq (42) gümüş, San-Marinodan olan Alessandra Perilli (29) isə bürünc medala sahib çıxıb.
 
Qeyd edək ki, bu, San-Marinonun Olimpiadalar tarixində qazandığı ilk medaldı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest