Tokio-2020-də qılıncoynatmanın rapira növündə qadın komandaların mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, finalda ROK və Fransa üz-üzə gəlib. Larisa Korobeynikova, İnna Deriqlazova və Marta Martyanovadan təşkil olunmuş Rusiya Olimpiya Komitəsinin komandası 45:34 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. İtaliya isə üçüncü olub. Arianna Erriqo, Martina Batini və Aliçe Volpidən ibarət komanda ABŞ-ı məğlub edərək (45:23) bürünc medal qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest