Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az verir ki, "dənizçilər" litvalı yarımmüdafiəçi Şımkus Domantası transfer edib.
 
ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Danimarkada "Olborq", Litvada "Atlantas" və "Jalgiris" komandalarının formasını geyinən futbolçunun son klubu İsrailin "Hapoel" (Kfar-Sava) kollektivi olub. O, milli komandada 5 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest