Tokio-2020-də altıncı gün geridə qalmaq üzrədi. Artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Matc.az xəbər verir ki, medal sıralamasının ilk iki pilləsində qərarlaşmış ölkələr Olimpiadanın altıncı günündə yerlərini dəyişiblər. Aktivində 15 qızıl, 7 gümüş və 9 bürünc medal olan çin liderliyi Yaponiyanın (15 qızıl, 4 gümüş, 6 bürünc) əlindən alıb. ABŞ (14 qızıl, 14 gümüş, 10 bürünc) isə üçüncü sıradakı yerini qoruyub.
 
Azərbaycan hələlik medal qazanmayıb.
 
Medal sıralamasında ilk "onluq" belədir:
 
1. çin - 15 qızıl, 7 gümüş, 9 bürünc (31)
 
2. Yaponiya - 15 qızıl, 4 gümüş, 6 bürünc (25)
 
3. ABŞ - 14 qızıl, 14 gümüş, 10 bürünc (38)
 
4. ROK (Rusiya Olimpiya Komitəsi) - 8 qızıl, 11 gümüş, 9 bürünc (28)
 
5. Avstraliya - 8 qızıl, 2 gümüş, 10 bürünc (20)
 
6. Böyük Britaniya - 5 qızıl, 7 gümüş, 6 bürünc (18)
 
7. Cənubi Koreya - 4 qızıl, 3 gümüş, 5 bürünc (12)
 
8. Fransa - 3 qızıl, 5 gümüş, 3 bürünc (11)
 
9. Almaniya - 3 qızıl, 3 gümüş, 7 bürünc (13)
 
10. İtaliya - 2 qızıl, 7 gümüş, 10 bürünc (19)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest