"Yuventus"un futbolçusu Hamza Rafia koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
22 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Rafia və onun çıxış etdiyi U-23 komandası karantinə alınıb.
 
Karantinə alınan futbolçulardan yenidən test götürüləcək. Nəticəsi mənfi olan oyunçular karantindən çıxarılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest