Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən "Səbail" bu gün qonşu ölkədə növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli "Lokomotiv" (Tiflis) ilə qarşılaşıb.
 
"Dənizçilər" bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar. 
 
"Səbail" Gürcüstandakı ilk sınaq matçında "Şevardeni" ilə heç-heçəyə razılaşmışdı - 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest