Kolumbiya milli komandasının və "Milan"ın sabiq futbolçusu Kristian Zapata karyerasını Argentinada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "San Lorenso" klubuna keçib. Bu barədə Argentina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Zapata ilə 18 aylıq müqavilə imzalanıb.
 
Daha əvvəl İspaniyanın "Vilyarreal", İtaliyanın "Udineze", "Milan" kimi klublarında çıxış edən Zapatanın son iş yeri "Cenoa" olub. Müdafiəçi Kolumbiya yığmasında 58 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest