Tokio Yay Olimpiya Oyunlarının 7-ci günündə - 30 iyulda üç idmançımız medallar uğrunda yarışacaq. Matc.az xəbər verir ki, kişi cüdoçuların +100 kq çəki dərəcəsində təmsilçimiz Uşanqi Kokauri Tokio-2020-də debüt edəcək. Onun 1/16 finaldakı rəqibi Matsey Sarnatski (Polşa) olacaq. Döyüşün startı Bakı vaxtı ilə saat 06:12-yə planlaşdırılıb. 
 
Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) mübarizəyə 1/8 finaldan qoşulacaq. 30 yaşlı idmançının rəqibi İsayana Marenko (Nikaraqua) - Larisa Seriç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi olacaq. İrinanın ilk görüşü Bakı vaxtı ilə saat 07:30-a təyin edilib. 
 
Alfonso Dominqes (81 kq) 1/8 finalda Dilşod Ruzmetovu (özbəkistan) məğlub etmişdi. 26 yaşlı boksçumuz yarımfinala vəsiqə uğrunda Türkiyə təmsilçsi Bayram Malkanla üz-üzə gələcək. Döyüşün başlanğıcı saat 14:24-ə planlaşdırılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest