Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisinin düşərgəsinə baş çəkən Türkiyənin "TRT Spor" telekanalı Qurbanovun fikirlərini öyrənib. Hazırlığı dəyərləndirən çalışdırıcı mövsümün ikinci yarısında onları gərgin mübarizənin gözlədiyini vurğulayıb.

"Komandada hər şey qaydasındadı. Futbolçulardan istədiyimiz performansı hələ tam ala bilməmişik. Amma zamanımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey istədiyimiz kimi alınacaq". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisinin düşərgəsinə baş çəkən Türkiyənin "TRT Spor" telekanalı Qurbanovun fikirlərini öyrənib. Hazırlığı dəyərləndirən çalışdırıcı mövsümün ikinci yarısında onları gərgin mübarizənin gözlədiyini vurğulayıb: "Mövsümün ilk yarısı bizim üçün çətin keçdi. Bəlkə də, qış fasiləsindən sonrakı dönəm daha çətin olacaq. Futbolçularımız hər məşqdə, hər oyunda çox diqqətli və ciddi olmalıdılar".

Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü sabah Macarıstan təmsilçisi "Uypeşt"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest