"Bu, matçın sonu bizə baha başa gəldi. Onları keçə biləcəyimiz barədə nikbin düşünürdük. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük"

"Qarşılaşmaya yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın Konfrans Liqasının II təsnifat mərhələsində qalib gəldiyi "Aşdod"un qapıçısı Yoav Gerafi deyib. 
 
"Qarabağ" Bakıda bərabərliyə (0:0) qaldığı İsrail təmsilçisinə səfərdə qalib gəldi - 1:0 28 yaşlı qolkiper məğlubiyyəti belə şərh edib: "Bu, matçın sonu bizə baha başa gəldi. Onları keçə biləcəyimiz barədə nikbin düşünürdük. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük. Heyət çox gəncdir. Bəzi futbolçular avrokubokda ilk oyunlarına çıxdı. Bu mövsüm daha yaxşı komanda olacağımıza inanıram".
 
Qeyd edək ki, "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi AEL (Kipr) olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest