"Real"ın futbolçusu Kərim Benzema koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Benzemanın sonuncu koronavirus testinin nəticəsi neqativ olub. Bu üzdən də onun komanda ilə məşqlərə başlamasına icazə verilib.
 
Benzemada iyulun 23-də koronavirus aşkarlandığı açıqlanmışdı. Madrid təmsilçisində yeni transferlərdən olan David Alaba da koronavirusa yoluxub və hazırda karantindədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest