Əfsanəvi qapıçı Petr çex karyerasını başa vurmağa hazırlaşır. Matç.az saytı xəbər verir ki, "Arsenal"ın qolkiperi bunu tvitter hesabı vasitəsilə özü bəyan edib.

37 yaşlı qapıçı mövsümün sonunda futbolla vidalaşacağını yazıb: "Bu, peşəkar futbolda 20-ci mövsümümdü. İlk peşəkar müqavilə bağlamağımın üstündən 20 il vaxt keçib. Fikrimcə, mövsümün sonunda karyeramı bitirəcəyimi elan etmək üçün ən doğru zamandı. Premyer Liqada keçirdiyim 15 ildə mümkün olan bütün titiulları qazanmışam və hər şeyi əldə etdiyimi düşünürəm".

Qeyd edək ki, Petr çex karyerası ərzində "Xmel", "Sparta", "Renn", "çelsi" və "Arsenal"ın çərçivəsini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest