Antalyada təlim-məşq toplanışında olan "Zirə", "Sumqayıt" və "Səbail"in bu gün keçirməli olduğu yoxlama görüşü baş tutmayacaq. Matç.az saytının məlumatına görə, buna səbəb əlverişsiz hava şəraitidi.

Plana görə, "Sumqayıt" Qazaxıstan təmsilçisi "Jetısu", "Zirə" bu ölkənin digər klubu "Taraz", "Səbail" isə Macarıstan klubu "Aqvital"la qarşılaşmalıdı.

Lakin aramsız yağış klubları planda dəyişikliyə vadar edib. "Sumqayıt"ın "Jetısu" ilə oyunu sabaha keçirilib. Görüş Bakı vaxtı ilə 13:00-da start götürməlidi. Həmçinin "Səbail" də rəqibi ilə sabah üz-üzə gələcək.

Lakin "Zirə"nin görüşü ləğv olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest