21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Matç.az xəbər verir ki, millimiz yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

Yeni baş məşqçi Milan Obradoviçin ilk siyahısında ancaq Premyer Liqa və I divizion klublarında çıxış edən futbolçuları yer alıb. Serb mütəxəssis hazırlıqlara Nurlan Quliyev, Murad Qayalı, Qədir Bayramlı (hamısı "Keşlə"), İsmayıl İbrahimli, Nicat Süleymanov (hər ikisi "Qarabağ"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Kamran İbrahimov, ömər Buludov, Əsgər Hüseynov, Anton Krivotsyük (hamısı "Neftçi"), Emil Qasımov ("Sabah"), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Süleyman Əhmədov, Baxşəli Baxşaliyev (hamısı "Sumqayıt") çağırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest